Anasayfa
7 Mayıs 2021, 20:24
Namaz
Abone

Namaz Surələri və Duaları

Namaz Surələri və Duaları

Kayıtsız Üye
Namaz Surələri və Dualarına ihtiyacım var bana Namaz Surələri və Duaları hakkında bilgiler verir misiniz ?


Cevap: Namaz Surələri və Duaları

Hoca
NAMAZ SURƏLƏRİ

FATİHƏ SURƏSİ

Bismillahir-Rəhmanir-Rəhim

Əlhəmdu lillahi Rabbil-Aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yaumiddin. İyyəkə nəbudu va İyyəkə nəstəin. İhdinas-siratəl mustəqim. Siratəl ləzinə ənəmtə aleyhim. Ğayril-mağdubi aleyhim valəd-dalin

Mənası: Aləmlərin Rəbbi (sahibi) olan Allah’a həmd olsun. O, Rəhman və Rəhimdir (mərhəmətlidir). Din (qiyamət) gününün sahibidir. Ancaq sənə qulluq edir, yalnız Səndən kömək istəyirik. Bizi doğru yola hidayət et. Nemət verdiyin kəslərin yoluna. Qəzəbinə düçar olanların və zəlalətdə olanların yoluna deyil.

Okudunuz mu?  Bayram günü sabah namazı Bayram namazından sonra kılınır mı?

KƏVSƏR SURƏSİ

Bismillahir-Rəhmanir-Rəhim

İnna a-təynakəl-Kavsər. Fəsalli li-Rabbikə vanhər. İnnə şaniəkə huval-əbtər.

Mənası: Biz sənə Kövsər (elm və şərəf) verdik. Elə isə Rəbbin üçün namaz qıl və qurban kəs. Əsl sonsuz sənə kin bəsləyəndir.

İXLAS SURƏSİ

Bismillahir-Rəhmanir-Rəhim

Qul huvAllahu Əhəd. Allahus-Saməd. Ləm yəlid va ləm yuləd. Va ləm yəkun ləhu kufuvən Əhəd.

Mənası: De ki: O Allah təkdir. Allah ehtiyacsızdır. Doğmamış və doğulmamışdır. Heç kəs də Onun bənzəri olmamışdır.

Okudunuz mu?  Köpek tüylü çamaşır diğerleri ile yıkanır mı

ƏSR SURƏSİ

Bismillahir-Rəhmanir-Rəhim

Val-asr. İnnəl-insanə ləfi xusr. İlləl-ləzinə əmənu va amilus-salihati va tavasav bilhaqqi va tavasav bissabr.

Mənası: Əsrə (əsr vaxtına) and olsun ki, İnsan ziyan içindədir. Ancaq inanıb yaxşı əməl edən, bir-birinə haqqı və səbri tövsiyə edənlər ziyana uğramazlar.

FƏLƏQ SURƏSİ

Bismillahir-Rəhmanir-Rəhim

Qul əuzu birabbil-Fələq. Min şərri ma xalaq. Va min şərri ğasiqin iza vəqab. Va min şərrin-nəffəsəti fil-uqəd. Va min şərri hasidin izə həsəd.

Okudunuz mu?  Misafirlikte namaz kılınamaması

Mənası: De ki: Mən qaranlığı yarıb səhəri çıxaran Rəbbə sığınıram. Yaratdığı şeylərin şərrindən, qaranlıq çökdüyü zaman gecənin şərrindən, düyünlərə üfləyən qadınların şərrindən, həsəd etdiyi zaman həsəd edənin şərrindən.

NAS SURƏSİ

Bismillahir-Rəhmanir-Rəhim

Qul əuzu birabbin-nas. Məlikin-nas. İləhin-nas. Min şərril-vasvasil-xannas. Əlləzi yuvasvisu fi sudurin-nas. Minəl-cinnəti van-nas.

Mənası: De ki: Mən insanların Rəbbinə sığınıram. İnsanların Sultanına, insanların Tanrısına. Vəsvəsə gətirib yoxa çıxan şeytanın şərrindən. Hansı ki, insanların ürəyini vəsvəsə ilə doldurur. Cinlərin və insanların şərrindən.

Okudunuz mu?  Tevbe namazını kılmak istiyorum tevbe namazı nasıl kılınır? Niyeti nasıldır?

NAMAZDA OXUNAN DUALAR

SÜBHANƏKƏ

Namazda ayaqda ikən oxunur.Oxunduğu yerlər bunlardır:

1. Hər namazın ilk rükətində, başlanğıc təkbirdən sonra.

2. Əsr və İşa namazının ilk və üçüncü rükətinin əvvəlində.

3. Təravih namazı dörd rükətdən bir salam verilərək qılınarsa, üçüncü rükətə qalxılan zaman Fatihədən əvvəl.

4. Cənazə namazında birinci təkbirdən sonra.

Sübhanəkəl-Ləhummə va bihəmdikə və təbərəkəsmukə və təala cəddukə (va cəllə sənəukə) və lə iləhə ğayruk.

Mənası: Allahım! Sən pis sifətlərdən təmiz və uzaqsan. Səni həmişə belə uca tuturam (mədh edirəm). Sənin adın mübarəkdir. Varlığın hər şeydən üstündür. Səndən başqa tanrı yoxdur.

Okudunuz mu?  Namazda konuşmak namazı bozar mı?

Diqqət: Sübhanəkə, cənazə namazında mötərizədəki va cəllə sənəukə cümləsi ilə bərabər oxunur.

ƏTTƏHİYYATU

Namazların hər oturuşunda oxunur.

Əttəhiyyatu lillahi vas-salavatu vat-təyyibat. Əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh. Əs sələmu aleyna va ala ibadilləhis-salihin. Əşhədu ən la ilahə illAllah və əşhədu ənna Muhəmmədən abduhu va Rasuluh.

Mənası: Dil, bədən və mal ilə edilən bütün ibadətlər Allah üçündür. Ey Peyğəmbər! Allahın salamı, rəhmət və bərəkətləri sənin üzərinə olsun. Salam, bizim və Allahın bütün yaxşı qullarının üzərinə olsun. Şahidlik edirəm ki, Allahdan başqa Tanrı yoxdur və Məhəmməd onun qulu və elçisidir.

Okudunuz mu?  Hacet namazı sabah kılınır mı?

ALLAHUMMƏ SALLİ VƏ ALLAHUMMƏ BARİK DUALARI

1. Bütün namazların son oturuşlarında Əttəhiyyatudan sonra.

2. Əsr namazının sünnəti ilə işa namazının ilk sünnətinin birinci oturuşunda Əttəhiyyatudan sonra.

3. Cənazə namazında ikinci təkbirdən sonra.

Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə salleytə alə İbrahimə va ala ali İbrahim, innəkə Hamidun Məcid.

Okudunuz mu?  Şafii mezhebine göre sabah namazı

Mənası: Allahım! Məhəmmədə və Məhəmməd ümmətinə rəhm elə, şərəfini yüksəlt. İbrahimə və İbrahimin ümmətinə rəhm etdiyin kimi. Şübhəsiz, tərifə layiq yalnız sənsən.

Allahummə bərik alə Muhəmmədin va alə ali Muhəmməd. Kəmə bərəktə alə İbrahimə va ala ali İbrahim innəkə Hamidun Məcid.

Mənası: Allahım! Məhəmmədə və Məhəmməd ümmətinə xeyir və bərəkət ver. İbrahimə və İbrahimin ümmətinə verdiyin kimi. Şübhəsiz tərifə layiq yalnız sənsən.

RABBƏNA ATİNƏ VƏ RABBƏNAĞFİRLİ

Okudunuz mu?  Sabah Namazından Sonra Kılamadıgım Geçmiş Sabah Namazlarının Kazasını Kılabilirmiym

Rabbənə atina fid-dünya hasənətən va fil-axirəti hasənətən və qina azəbən-nər. Birahmətikə ya ərhamər-Rahimin. Rabbənəğfirli va li-validəyyə va lil-mumininə yəvmə yaqumul-hisəb.

Mənası: Ey Rəbbimiz! Bizə dünyada da axirətdə də yaxşılıq və gözəllik ver. Bizi cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Məni, anamı, atamı və möminləri hesab günündə bağışla.

QÜNUT DUALARI

Vitir namazının üçüncü rükətində Fatihə və surə oxunduqdan sonra əllər yuxarı qaldırılaraq təkbir alınır (Allahu Əkbər deyilir) və əllər təkrar bağlanaraq qünut duaları oxunur.

Okudunuz mu?  Salli barik duasından sonra rabbena atina duası

Allahummə innə nəstəinukə va nəstəğfirukə va nəstəhdikə va nu-minu bikə va nətubu ileykə va nətəvakkəlu aleykə va nusni ileykəl-xayra kulləhu neşkurukə va lə nəkfurukə va naxləu va nətruku mən yəfcuruk.

Allahummə iyyəkə na-budu va ləkə nusalli va nəscudu va ileykə nas-a va nahfidu nərcu rahmətəkə va naxşa azabəkə innə azəbəkə bilkuffəri mulhiq.

Mənası: Allahım! Səndən kömək, günahlarımızın bağışlanmasını və razı olduğun şeylərə hidayət etməni istəyirik. Sənə inanırıq və Sənə tövbə edirik və Sənə təvəkkül edirik. Bizə verdiyin bütün nemətləri dərk edərək Səni xeyir ilə mədh edirik. Sənə şükr edirik və verdiyin hər bir neməti qəbul və təsdiq edirik.

Okudunuz mu?  Peygamberimizin namaz kılışı nasıldır?

Namazda oxunan dualar, namazda oxunan sureler, RABB

Bu kategoride yer alan Cemaatle Namaz Kılınırken Imamın Yapması Gereken şeyler başlıklı yazımızı da okumanızı tavsiye ederiz.
Ξ Bir cevap yazın

Ders Kitabı Cevapları TIKLA! Ders Kitabı TIKLA! Sınıf Ders Kitabı Cevapları TIKLA! Akrostiş Şiir
Forum Duası Copyright © 2007-2023
Gizlilik Politikası İletişim

Namaz Surələri və Duaları Başlıklı Yazımızın Yanında Websitemiz İslami bilgilerden, Dini Sorular, Cevaplar, Hac, Meal, Cennet, Cehennem, Farz, Sünnet, Hanefi, Şafii, Rüya yorumları, Gusül, Abdest, İmanın şartları, Namaz, Oruç, Kuran Sureleri, Ayetleri, Hadis, Dualar, İslamda Aile Tavsiyeleri, Kadın İle İlgili Konular, İbadet, İman, Mezhep, Hanefi, Şafii, Maliki, Hambeli, İslamın Şartları, Diyanet, Eğitim, Sohbet, Arapça, Hayırlı Geceler, Zekat, Mahrem Sorular, Evlilik, Sahabe Hayatları, Salavat,Dini Hikayeler, Günah, Helal, Haram, Tecvid, Yemin, Sadaka, Siyer, Fıkıh, Ahlak Gibi Konular İçermektedir.