Anasayfa
8 Mayıs 2021, 1:42
Sohbet
Yönetici

Qısmet (kader) Nedır ? Azerıce

Qısmet (kader) Nedır ? Azerıce

Murad AZERI
SALAM ALEYKUM VE RAHMETULLAH VE BEREKETUHU.

Allaha həmd olsun! Həqiqətən, nə yerdə nə göydə Allahdan başqa güc-qüvvətə sahib heç bir varlıq yoxdur. Bütün güc-qüvvət bütünlükdə yalnız və yalnız Allah’a məxsusdur. Əgər biz Allahın idarəsi və iradəsi (istəyi) xariçində nəyinsə olduğunu qəbul etsək, bununla Allahın təkliyini və birliyi əqidəsindən kənara çıxmış oluruq. Bu da Allahın şərikliyini qəbul etmək deməkdir və bu, şirk adlanır.
Əgər (yerdə və göydə) Allahdan başqa ilahlar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır! ( əl-Ənbiya, 22)
Allahdan başqasında gördüyümüz hər hansı bir güc qüdrət Onun hökmü, mülkü altında qalmağa davam edən və sadəcə məxluqata istifadəsi üçün verdiyi güc- qüdrətdir.
Buna görə bir oğrunun misalını verə bilərik.
1. Allah insana (oğruya) müəyyən güc verir. (Məs. gəzmək üçün ayaqlarına, görmək üçün gözlərinə, plan qurmaq üçün zehninə verdiyi güc buna misaldır.)
2. Allah insana hansısa əməli işlətmək üçün o gücdən istifadə etməyə ya icazə verir, ya da vermir. Məsələn, yuxarıdakı göz, qulaq, ayaq, fikir və sair potensial imkanlardan bu iş üçün (oğurluq üçün) istifadə etməyə izin verir. Və ya vermir. (məsələn adam yatıb qalır, və ya qonağı gəlir çıxa bilmir, və ya ayaqları tutulur və s.)
3. Allah insanın (oğrunun) əməl işlətməsi üçün amilləri yarada da bilər, yaratmaya da. Məsələn, insanların oğrunu görməməsi, oğurlayacaq yerin sahibinin başının bir işə qarışması, gedəcəyi yerə getmək üçün maşın yetirməsi və sair.
4. Yuxarıda bunu qeyd etmişdik: Allah insana hansısa əməli işlətmək üçün o gücdən istifadə etməyə icazə verə də bilər, verməyə də. Yəni, son olaraq oğurluq yerinə çatdıqda o güc imkanlardan istifadə edərək qapını açır, evə daxil olur, oğurluğunu edir və geri dönür. Və ya bu iş alınmır.
Bu misaldan göründüyü kimi, bir insanın bir əməl işlətməsi bütünlükdə Allahdan asılıdır. Hətta əks tərəfə və ya ətrafa o oğurluqdan dəyəcək zərər və ya fayda da Allahın əlindədir. Bir sözlə, imanın şərtlərindən biri (6-cısı) olan Şər və xeyrin Allahdan olması bu örnəkdə öz əksini tapır.
Burada bir məsələ var. Burada oğrunun bir rolu varmı- yoxmu? Varsa bunun yeri nədir?
Cavab: Allah insanların bir qismini bu dünyadakı günahlarından dolayı cəzalandırarsa, onda təbii ki, insanın ağlına belə bir sual gələ bilər: Ya Rəbb! Sən məni yaratdın. Sən mənə günah işlətməni yazdın. Və bu alın yazısına uyğun mən də həmən günahı işlətdim. İndi də məni cəzalandırırsan. Mənim burda günahım nədir?
Allah haqsız yerə insanlara əzab edəcək zalım deyildir, O ADİLDİR! Deməli, bunun (insana verilən cəzanın) insandan qaynaqlanan bir səbəbi olmalıdır.
Allah insana iradə azadlığı (istəmə imkanı), seçmə hüququ vermişdir. Əgər insana seçim verilməsə idi, hesab çəkilməsinin də bir mənası olmazdı. Buna görə də günah sahibi insanın bundan dolayı nə şeytanı nə digər insanları günahlandırma haqqı yoxdur: (Şeytan): Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allah’a asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. (İbrahim, 22)
Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları və acizlərin (dünyada) özlərini yuxarı tutanlara (tabe olanların öz rəislərinə): "Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!" – dedikləri zaman görəydin. (Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: "Əcəba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)" (Səba, 31-32)
Eyni zamanda bunu Allahın yazısı ilə də bağlamaq doğru deyil:
(Allah) buyuracaqdır: "Mənim hüzurumda mübahisə etməyin. Mən sizə bu əzabı bildirmişdim. Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!" (Qaf, 2-,29)
Bir sözlə, insan işlətdiyi günah və cinayətlərdən nə özünə bəraət qazandıra biləcək nə də onun hesabını verməkdən yaxasını qurtara biləcəkdir. Oğru bu yolu (oğurluğu) özü seçmişdir. (Bu yolu sevib-sevməməyi bir şeyi dəyişməz). Allah da onun üçün bir həyat yaratdı (bu işi icra etmək üçün amillər yaratmış və lazımı güc və alətlər vermişdir).
Sizin anlatdığınız hadisə və bəhs etdiyiniz qadının özünə bəraət qazandıracaq sözlər, əslində, yeni bir şey deyil. Bu ilahi qədərdən (tale, alın yazısı, qismət) sui-istifadədən başqa bir şey deyildir. Ən həyasız insanlar bunun (əxlaqsızlığın) müasirlik , insan haqları , fikir azadlığı və s. kimi gözəl sözlərlə bəzədilmiş bir iş olduğunu söyləyərlər. Digər bir qismi isə ilahi qədərlə sui-istifadə edərək özünə bəraət qazandırmağa çalışır. Bu müşriklərin Allah’a şərik qoşub və əməllərinə haqq qazandırmağa çalışarkən: Allah belə istəmişdir, və əgər Allah istəməsə idi, bizdə ona şərik qoşmazdıq demələrinə bənzəyir.
Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!" (əl-Ənam, 148 )
Həya və insanlığını hələ tam itirməyənlər isə özlərini aldatmaqla özlərinə təsəlli verməyə çalışırlar. Sizin bəhs etdiyiniz qadın, inşAllah, bunlardandır. Sizin bizim və hər bir müsəlmanın üzərinə düşən vəzifə bu cür insanlara gözəl şəkildə nəsihət etməkdir. Allah’a bağışlayandır, tövbə qapıları hər zaman açıqdır. İlahi dinin dərman və şəfa olmadığı heç bir xəstəlik, heç bir dərd yoxdur. Yenə şeytan vəsvəsə verərək bu cür adamları haqq yola qayıtmaqdan əngəlləməyə çalışır. Məsələn: Camaat səni lağa qoyacaq. Filan kəs belə deyəcək və sair… Haqqa dönən adamları lağa qoyanlar qoy özlərini lağa qoysunlar. Onların həmin qadından nəyi üstündür? Mühüm olan insanın onların nəzdində deyil, Allah nəzdində olan dərəcəsidir. Həm də ən çətin anda bunun çıxış yolu var. Allahın torpağı genişdir. Başqa yerə köçüb yeni həyata başlamaq da olar. Yetər ki, qul seçimini etsin və əzm nümayiş etdirsin. Bundan sonra, adətən, çətinliklər, bəla və müsibət gəlir. Sonra da Allahın yardımı və yüngüllük bu günləri yox edir. Amma başqa cürə də ola bilər. Allah hər şeyi hər kəsdən daha yaxşı bilir.
Digər tərəfdən, bu kimi xəstələrlə ünsiyyət qurub onları haqqa dəvət etmək hər adamın işi deyil. Çünki bu xəstəliyin özü belə sirayət etməsə də, ondan doğan zərərlər, onun mənfi nəticələri həmin adama (dəvətçini) da təsir göstərə bilər. Məsələn ünsiyyət saxlayarkən söz-söhbətə dedi-qobuya səbəb olmaq, edilən söhbətlərdən dolayı imanın zəifləməsi və sair kimi. Buna görə sizin o adamı bir müddət dəvət etdikdən sonra, nəticə vermədiyindən dolayı onunla əlaqəni kəsməyiniz ehtiyat baxımından daha doğrudur. Onu Allah’a həvalə edin və onun üçün dua edin.


Cevap: Qısmet (kader) Nedır ? Azerıce

Kayıtsız Üye
Salam.Menim bu heyatdaki en boyuk arzum ali mektebe qebul olmaqdi ve her yatandad bunu Allah dan isdeyirem.ve ozumde pis oxumuram Sizce ali mektebe qebul olmaq qismetdimi??

Okudunuz mu?  Şeytan haset ile ilgili vesvese verir mi ?

Yorum: Qısmet (kader) Nedır ? Azerıce

Kayıtsız Üye
Menim heyatda en cox istediğim yaxsi ailemin olmasıdır bu qismetinde var


qismet nedir, Allahin qismeti, qismet varmi

Bu kategoride yer alan İslamda Şakalaşmak başlıklı yazımızı da okumanızı tavsiye ederiz.
Ξ Bir cevap yazın

Ders Kitabı Cevapları TIKLA! Ders Kitabı TIKLA! Sınıf Ders Kitabı Cevapları TIKLA! Akrostiş Şiir
Forum Duası Copyright © 2007-2023
Gizlilik Politikası İletişim

Qısmet (kader) Nedır ? Azerıce Başlıklı Yazımızın Yanında Websitemiz İslami bilgilerden, Dini Sorular, Cevaplar, Hac, Meal, Cennet, Cehennem, Farz, Sünnet, Hanefi, Şafii, Rüya yorumları, Gusül, Abdest, İmanın şartları, Namaz, Oruç, Kuran Sureleri, Ayetleri, Hadis, Dualar, İslamda Aile Tavsiyeleri, Kadın İle İlgili Konular, İbadet, İman, Mezhep, Hanefi, Şafii, Maliki, Hambeli, İslamın Şartları, Diyanet, Eğitim, Sohbet, Arapça, Hayırlı Geceler, Zekat, Mahrem Sorular, Evlilik, Sahabe Hayatları, Salavat,Dini Hikayeler, Günah, Helal, Haram, Tecvid, Yemin, Sadaka, Siyer, Fıkıh, Ahlak Gibi Konular İçermektedir.